Futbol

“Neftçi” Polşa klubuna qalib gəldi

24.01.2022 , 19:07

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Korner.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Qurnik” komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

“Neftçi” Antalyadakı ilk matçında Macarıstan “Kişvarda”sı ilə 2:2, Polşanın “Visla” (Plotsk) komandas ilə isə 1:1 hesablı heç-heçə edib.

Yoxlama oyunu

24 yanvar

16:00 Neftçi – Qurnik (Polşa, Leçna) – 1:0

Qol:Emin Mahmudov, 53

Son yazılar

Yuxarı