“Neftçi”nin son sınağı
16.01.2026 , 11:25
“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” 2-ci matçında “Piramids”lə (Misir) heç-heçə edib – 1:1.