“Neftçi”nin son oyununun vaxtı məlum oldu
21.01.2022 , 17:46

“Neftçi”nin Antalyada son yoxlama matçının vaxtı müəyyənləşib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 24-də “Qurnik”lə (Polşa) keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Neftçi” buna qədər iki yoxlama matçı keçirib. “Ağ-qaralar” “Visla” (Plotsk, Polşa) ilə 1:1, “Kişvarda” (Macarıstan) ilə isə 2:2 hesablı heç-heçə edib.
