"Nefçi"nin son oyunu baş tutmayıb. Buna səbəb Avstriyada hava şəraitinin əlverişsiz olması olub.
Korner.az-ın məlumatına görə, “flaqman” Çexiyanın “Pribram” klubu ilə qarşılaşacaq idi.
Qeyd edək ki, ilk görüşündə "Dinamo" (Kiyev) klubuyla 2:2 bərabərə qalan "Neftçi" daha sonra "Botoşani"yə (Rumıniya) 0:3, "Dinamo"ya (Drezden, Almaniya) isə 1:2 hesabı ilə uduzmuşdu.
