Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Neftçi”-“Simurq” matçında baş hakim Əliyar Ağayev oyunun gedişatına xələl gətirmiş bir sıra qərəzli qərarlar qəbul etmişdir.
Korner.az klub saytına istinadən həmin mübahisəli epizodları təqdim edir.
1. İlk epizodda rəqib futbolçu Araz Abdullayevə qarşı aşkar kobudluq etsə də, baş hakim Əliyar Ağayev oyunu davam etdirmişdir.
2. Karlos Kardosonun qarşısı aşkar kobudluqla kəsilir. Əliyar Ağayev epizoda yaxın olsa da, bu vəziyyətdə cərimə zərbəsi təyin etməklə kifayətlənir.
3. Bu epizodda “Simurq” klubunun futbolçusu əllə oynayaraq Erik Ramosu aşkar şəkildə təxribata çəkir. Bunu görən baş hakim oyunu dayandırmır. Nəticədə Əliyar Ağayev futbolçular arasında gərginliyin artmasına şərait yaradır.
3. Flavinyoya qarşı edilən kobudluğu Əliyar Ağayev görməməzliyə vurur. Halbuki, bu vəziyyətdə rəqib oyunçu aşkar şəkildə ayağa müdaxilə etmişdi.
4. Buna qədər aşkar kobuqluqlara göz yuman baş hakim, Karlos Kardosoya tərəddüd etmədən sarı vərəqə göstərir.
5. Rəqib futbolçu Erik Ramosa dizi ilə zərbə endirdikdən sonra simulyasiya edir və yerə yıxılır. Bu epizodda Əliyar Ağayev heç bir qayda pozuntusuna işarə etmir. “Neftçi”nin futbolçusu rəqib oyununçunun zədələndiyini düşünərək “fair play” qaydalarına uyğun olaraq topu meydandan çıxarır. Yalnız bundan sonra baş hakim Erik Ramosu yanına çağıraraq ona səbəbsiz halda sarı vərəqə göstərir.
6. Karlos Kardoso rəqib komandanın cərimə meydançasının daxilində topu saxlasa da, hakim futbolçunun əllə oynadığına işarə edir. Halbuki bu epizodda əllə oyunun olmadığı aşkar görünür.
7. Bu vəziyyətdə top rəqib futbolçunun təmasından sonra meydandan çıxsa da, baş hakim qapıdan zərbəyə işarə edir.
