big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Müsahibə

“Neftçi”nin şansı böyük deyil” – MÜSAHİBƏ

03.09.2020 , 15:58

Millinin keçmiş baş məşqçisi Şahin Diniyevin korner.az saytına müsahibəsi

– Azərbaycan millinin Millətlər Liqasında Lüksemburq və Kiprlə oyundakı şanslarını necə dəyərləndirirsiz?

– Həqiqətən də pandemiyadan sonra millilərə, klublara qiymət vermək çətindi, hazırılıq o səviyyədə deyil. Futbolçuların bir ölkədən başqa ölkəyə getməsi çətinlik yaradıb. Bu səbəbdən, proqnoz vermək çətindi. Amma deyərdim ki, hər iki rəqib dişimizə görədi. Yığmaya yeni baş məşqçi gəlib və o da yeni ideyalarını həyata keçirmək istəyir. Nəzərə alaq ki, bundan əvvəl yoldaşlıq oyunu keçirilməyib ki, hansısa bir taktiki düzülüşləri, sxemləri sınaqdan keçirsin. Bu bir tərəfdən mənfi amildir. Əlbəttə ki, De Byazi ilk oyunda səhv edə biləcək. Ona görə ki, bu, sınaqdan keçməyib. Futbolçuların da durumu bilirsiz, təxminən 3-4 ay futbol olmadı və yenidən qayıtdı. Bir tur da onların formalarını yığmaları üçün kifayət deyil. İki-üç tur olsaydı, daha yaxşı olardı, futbolçular daha tez ritmə düşə bilərdi. O sarıdan problemlərdən danışdım. Bu problemlər bizdə də, Kiprdə də, Lüksemburqda da var. Bizdə bir az daha çoxdu. Baş məşqçinin yeni olması, bəzi futbolçuların gəlməməsi, futbolçuların dəyişməsi yığmanın oyunlarına təsir edəcək. Düşünürəm ki, Azərbaycan iki oyundan dörd xal götürə bilər. Bəxt üzümüzə gülsə, 6 xal da götürə bilərik.

– Dmitri Nazarov və Eddi İsrafilovun yığmaya gəlməməsi və onların yoxluğu komandaya necə təsir göstərək?

– Bu, təəssüf doğurur. Futbolçular gələ bilərdi. Amma buna baxmayaraq, deyərdim ki, onların yoxluğu böyük itki olmayacaq.

– Canni De Byazinin milli komanda üçün açıqladığı heyəti birmənalı qarşılanmadı. Xüsusilə də, oynamayan Araz Abdullayevin dəvət alması bir az qəribədir…

– Bu, həmişə belə olub. Hər bir məşqçinin futbola və futbolçulara baxışı eyni olmur. O, özünün taktikasına, sxeminə uyğun futbolçular dəvət edib. Burda da həmişə yanlışlar olacaq, ancaq bu, onun seçimidi. Onun seçiminə hörmətlə yanaşaq. İlk oyunlardan sonra onun seçiminə nəsə deyə bilərik. Ona görə ki, həm futbolçuları işdə görəcəyik, həm də məşqçinin etdiyi taktiki gedişləri, sxemləri görəcəyik.

– Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Neftçi”nin növbəti mərhələyə yüksəlmək şanslarını necə görürsüz?

– Açıq deyim ki, “Neftçi”nin şansı böyük deyil. Bu gün “Qalatasaray”ın da yaxşı formada olmaması “Neftçi”nin xeyrinədi. Ancaq son oyunları nəzərə alsaq, “Neftçi” böyük ümid vermir ki, “Qalatasaray”ı keçsin, amma bu futboldu, hər şey ola bilər. Düşünürəm ki, tarixi oyun olacaq.

– Bəs, “Qarabağ” necə “Molde”ni keçə biləcəkmi?

– “Molde” bizim üçün qaranlıq komandadı. Bilinmir rəqib necə futbol oynayacaq. Düzdür, “Qarabağ” rəqibini təhlil edəcək. “Molde” Norveçin öndə gedən komandalarından biridi, çətin rəqibdi. Məncə, “Qarabağ”ın şansı “Neftçi”yə nisbətən daha çoxdu. Hər iki klubumuza uğurlar arzulayıram.

– Daha  əvvəl ehtiyat heyətdə yer alan oğlunuz Coşqun da bu gün yığmanın əsas heyətinə dəvət aldı. Ümumilikdə, bir baş məşqçi kimi onun “Qarabağ”la oyundakı çıxışını necə qiymətləndirirsiz?

– Ən çətin sual bu oldu, biri var futbol dilində, biri var ata dilində danışasan. Coşqun keçən il kölgədə qalmışdı. Bu il Qəbələdəki təlim-məşq toplanışlarından başlayaraq onu izləyirəm. “Qarabağ”a qarşı oyunda da pis oynamadı. Özünün futbola yanaşması dəyişib, istəyi və motivasiyası var. Milliyə xeyir verən futbolçu olması üçün uğurlar arzulayıram ona.

Mina Musayeva

Son yazılar

To Top