Uzun müddət zədədən əziyyət çəkən və "Neftçi"dən ayrılan Rodriqinyo özünə yeni klub tapıb.
Korner.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Braziliyanın B Seriyasında çıxış edən "Sport Resife" klubunun şərəfini qoruyacaq.
Sabiq "ağ-qaral"ı futbolçu bu klubda icarə əsasında forma geyinəcək.
Əslində bu komanda braziliyalı üçün yad deyil. Belə ki, Rodriqinyo 2006-cı ildə də, bu komandanın şərəfini qorumuşdu.
