“Neftçi”nin sabiq üzvü Braziliya klubunda
23.12.2019 , 18:45

Son olaraq “Keşlə”də forma geyinən Denis Silva karyerasını Braziliyada davam etidərəcək.
Korner.az xəbər verir ki, müdafiəçi “San Kaetano” klubuna keçib. Silva ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində “Vasko de Qama”, “Xəzər Lənkəran”, “Qremio”, “Neftçi” kimi klubların da şərəfini qoruyan Silvanın Azərbaycanda son iş yeri “Keşlə” olub.
