"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını Rusiyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, serb qapıçı Premyer Liqa təmsilçisi "Krılya Sovetov"da baxışdadır.
30 yaşlı qapıçı dünən Moskva SSKA-sı ilə yoxlama matçının da iştirakçısı olub. Belə ki, Stamenkoviç 82-ci dəqiqədə Konyukovu əvəzləyib.
Qeyd edək ki, 4 il paytaxt təmsilçisinin şərəfini qorumuş Saşa Stamenkoviç Azərbaycan Premyer Liqasında 98 oyunda meydana çıxıb.
