big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”nin sabiq qapıçısı: “Neftçi”nin əhvalını çox pis korlamışdı”

25.07.2012 , 05:58

Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un “Akhisar Bələdiyəspor”la keçirdiyi yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycan üçün tanış sima da olub. Korner.az-ın Zaqatala təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, uzun müddət “Neftçi”də forma geyinmiş və Azərbaycanda futbolçu karyerasını başa vurmuş Vladimir Miçoviç komandanın oyununa stadiondan baxıb. O, 1:1 hesabı ilə başa çatan matçdan sonra “Simurq” haqda fikirlərini açıqlayıb.

– Təcrübəli futbolçu kimi “Simurq”un bu günkü oyunu barədə nə deyə bilərsiz?
– Onu deyə bilərəm ki, “Simurq”da hazırda rəhbərliklə futbolçular arasında əla ab-hava var. Bunu həm oteldə, həm də meydanda görmək olur. Bu günkü oyunda da uşaqlar göstərdi ki, “Simurq” yeni mövsümdə ciddi rəqib olacaq. Komandanın oyunun çox bəyəndim. Futbolçular həqiqətən meydanda sonadək mübarizə aparırdı və çalışırdılar.

– Uzun müddət Azərbaycanda futbol oynamısınız və təbii ki, “Simurq”a qarşı da forma geymisiz. Həmin dövrdən hansısa maraqlı hadisə yadınızda qalıb?
– Bəli, mən “Neftçi”də oynadığım vaxt “Simurq”a qarşı çox forma geyinmişəm. Onu qeyd edim ki, bu oyunlar həmişə həm Bakıda, həm də Zaqatalada bizim üçün çox çətin keçirdi. Bakıdakı bir qarşılaşmanı heç vaxt yadımdan çıxartmıram. Həmin matçda “Neftçi” mütləq qələbə qazanmalı idi. Ancaq təəssüf ki, bu oyunda 0:1 hesabıyla məğlub olduq və çempionluq yolunda çox vacib xal itirdik. Həmin vaxt “Simurq” həm mənim, həm də “Neftçi”nin əhvalını çox pis korlamışdı. Ancaq nə etmək olar. Bu futboldur.

– Komandada hansı futbolçularla yaxşı münasibətləriniz var?
– Burda bir çox futbolçu ilə mənim əla münasibətim var. Bir neçəsi ilə birlikdə oynamışam. Yerli futbolçuların əksəriyyəti ilə tanışam. Onlar içərisində yaxın dostlarım da var. Klub rəhbərliyində yaxşı tanıyıram və onlarla burda münasibətdə olduğum üçün çox şad oldum.

– Futbolçu karyeranızı bitirsəz də, Azərbaycan futbolu və klubları ilə maraqlanırsız…
– Çox təəssüf ki, futbolçu həyatımı bitirmişəm. Ancaq qeyd edim ki, mən hələ də Bakıda yaşayıram. Bütün oyunlara baxıram. Çempionatı yaxından izləyirəm. Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm.

– Necə fikirləşirsiniz, “Simurq” bu mövsüm çempionatda nəticə əldə edə biləcəkmi?
– Əminəm ki, “Simurq” bu il ilk “altılıq”da oynayacaq. Komandanın bunun üçün əla şansı var. Əlbəttə, mən də buna görə çox şad olaram. Məmnuniyyətlə onların bütün oyunlarını yaxından izləyəcəm. “Simurq” həmişə möhkəm komanda olub. Fikrimcə, yeni mövsümdə istədiyi nəticəyə nail olacaq.

Son yazılar

To Top