“Neftçi”nin sabiq futbolçusu Misir klubunda
13.01.2021 , 18:44

“Neftçi”nin sabiq futbolçusu Kvame Karikarinin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, o, karyerasını Misirdə davam etdirəcək.
Qanalı hücumçu bu ölkənin ENPPI klubunda çıxış edəcək. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018/2019 mövsümünün ilk yarısını “Neftçi”də keçirmiş Karikari 10 oyuna 2 qol vurub.
