“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçiliyə başlayıb.
O, Estoniyanın U-17 millisində köməkçi-məşqçi vəzifəsində çalışacaq. Voskoboynikov B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına sahibdir.
O, “Neftçi”də 2010-cu ildə oynayıb.
