“Neftçi”nin sabiq futbolçusu klubunu dəyişdi
27.12.2020 , 13:31

“Neftçi”nin sabiq futbolçusu İqnasio Errera klubunu dəyişib.
Korner.az xəbər verir ki, Ekvador “Muşuk Runa”sından ayrılan 33 yaşlı yarımmüdafiəçi bu ölkənin digər təmsilçisi “Aukas”a transfer olunub. Çilili oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
İqnasio Errera 2017-2018-ci illərdə “Neftçi”də çıxış edib.
