“Neftçi”nin sabiq futbolçusu Qriqori Sapojnikov dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, ukraynalı bu gün vəfat edib.
1979-80-cı illərdə Azərbaycanda top qovan 62 yaşlı Sapojnikov Odessa futbolunun yetirməsidi. O, əvvəl Naxçıvanın “Araz”, daha sonra isə Bakının "Neftçi" klublarında forma geyinib.
Sapojnikov "ağ-qaralar"ın heyətində keçirdiyi 25 oyunda 1 dəfə də, qol vurub.
