“Neftçi”nin sabiq futbolçusu dünyasını dəyişdi
20.02.2020 , 17:57

“Neftçi”nin sabiq futbolçusu Vitali Xluçin dünyasını dəyişib.
Korner.az xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.
“Neftçi” başsağlığı mesajında Xluçinin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə “ağ-qaralar”ın formasını geyinib.
