“Neftçi”nin sabiq futbolçusu Argentina klubunda
30.07.2020 , 17:39

“Neftçi”nin sabiq futbolçusu Uqo Barqas Argentinanın “San Luka” klubuna keçib.
Korner.az xəbər verir ki, 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Barqas 2017/2018 mövsümündə “Neftçi”də 26 oyun keçirib və 5 qol vurub. Onun son klubu isə Salvadorda FAS olub.
