“Neftçi”nin sabiq baş məşqçisi Türkiyə klubunu çalışdıra bilər
27.01.2025 , 11:45

Türkiyənin “Kayserispor” klubu baş məşqçi axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin Adrian Mutu ilə maraqlandığı iddia olunur.
Klub yaxın zamanda rumıniyalı çalışdırıcı ilə danışıqlara başlayacaq.
46 yaşlı mütəxəssis hazırda “Petrolul”u çalışdırır.
Xatırladaq ki, Mutu ötən mövsümün ilk yarısında “Neftçi”yə rəhbərlik edib.
