“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Ağayev özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, Ağayev bundan sonra Qəbələ Futbol Akademiyasında çalışacaq.
O, akademiyanın seleksiya şöbəsinə rəhbərlik edəcək. Vaxtı ilə “Neftçi”nin baş məşqçisi olmuş Ağayev son iş yeri “Simurq” olub. O, Zaqatala klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərirdi.
