"Neftçi"nin sabiq baş məşqçisi Anatoli Demyanenko "Neftçi"də çalışdığı vaxtları yada salıb.
Korner.az-ın məlumatına görə, ukraynalı təcrübəli futbol mütəxəssisi, SSRİ yığmasının sabiq futbolçusu Azərbaycanın güclü komandalarının Ukraynanın ilk altı-yeddi komandası arasında yer ala biləcəyini bildirib:
"Elə alındı ki, mən risk etməli oldum. Üstəlik Azərbaycan futbolunun səviyyəsi kifayət qədər yaxşı idi. Düşünürəm ki, Azərbaycanın güclü klubları Ukrayna çempionatının ilk altı və ya yeddi komandası arasında yer ala bilərlər. Lakin o zamanlar mən Azərbaycana tək, məşqçilər heyəti olmadan getdim. İndi anlayıram ki, səhv etmişəm. Halbuki, ora çox etibarlı yer idi. Buna görə də "Neftçi"dəki nəticəm gözlənildiyi kimi olmadı".
Qeyd edək ki, Demyanenko 2008-ci ildə Bakının "Neftçi" klubunu çalışdırıb.