Futbol

“Neftçi”nin Rusiyada yaşayan veteranlarından İlham Əliyevə məktub

23.10.2020 , 15:44

“Neftçi”nin Rusiyada yaşayan veteranları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yollayıb.

Məktubun mətnində bildirilir:

“Azərbaycan Respublikasının Prezidenti

Zati-Aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!

SSRİ idman ustaları:

Tofiq Abbasov

Rafiq Əli-Zadə

Rinat Kamalitdinov

Rafiq Quliyev

Vyaçeslav Lyoqkiy

Nikolay Smolnikov

İqor Çeremisov

Vitali Şevçenko”

Son yazılar

Yuxarı