Avropa Liqasının qrup mərhələsində "Neftçi"yə rəqib olan İtaliyanın "İnter", Serbiyanın "Partizan" və Rusiyanın "Rubin" klubları öz ölkə çempionatlarında növbəti oyunlarını keçirdiblər. Korner.az-ın məlumatına görə, bu rəqiblərdən yalnız "Partizan" qələbəyə sevinib. Digər iki rəqib, "İnter" və "Rubin" isə doğma meydan amilindən istifadə edə bilməyərək məğlub olublar.
Serbiya Superliqası
"OFK Belqrad" – "Partizan" 1:3
Qollar: Brkic 41 // Markoviç 50, Qasiç (ö.q) 72, Scepovic 80
İtaliya A seriyası
"İnter" – "Roma" – 1:3
Qollar: Kassano, 45 // Florenzi, 15, Osvaldo, 67, Mattos, 81
Rusiya Premyer Liqası
"Rubin" – "Terek" – 1:2
Qollar: Rondon 68 // E. Ndouassel 13, Mitrişev 86
