Premyer Liqada yaranan 3 həftəlik fasilə dövründə “Neftçi” iki yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, artıq paytaxt klubunun rəqibləri də bəllidi.
“Neftçi” oktyabrın 6-da I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşacaq. 4 gün sonra isə rəqib “Bakı” olacaq. “Neftçi” bu komanda ilə II turda qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Julius Vobay imza atıb.
