Avropa “böhrandı” – deyib, çığır-bağır salıb. Qiymətlər bahalaşır, iş yerlərinin kütləvi ixtisarı gedir, həmkarlar təşkilatları tətillərə başlayıblar… Amma bütün bunların futbol idustriyasına heç bir dəxli yoxdu. Məsələn, qonşu Rusiyada aparılan son araşdırma nəticəsində bəlli olub ki, bu ölkənin klubları getdikcə varlanır, büdcələrini artırırlar. Təkcə cari ildə rus klublarının ümumi büdcəsi 1377 milyard dollar təşkil edir.
Korner.az sizə şimal qonşumuzun yüksək liqasında iştirak edən klubların büdcələrinin, sahiblərinin, hər oyuna gələn orta azarkeş sayının siyahısını təqdim edir.
1.“Zenit”– 280 mln $
Sahibi: “Qazprombank”, “Qazprom”
Komandanın dəyəri: (Trasfermarkt qiyməti): 285 mln $
Ziyarətçi: 19 991
2. “Anji” – 180 mln $
Sahibi: Süleyman Kərimov
Komandanın dəyəri: 164 mln $
Ziyarətçi: 14 745
3.”Rubin” – 145 mln $
Sahibi: Tatarıstan İdarəsi
Komandanın dəyəri: 134 mln $
Ziyarətçi: 15 353
4. “Dinamo” –125 mln $
Sahibi: “Dinamo” UK
Komandanın dəyəri: 113 mln $
Ziyarətçi: 10 104
5. “Lokomotiv” – 115 mln $
Sahibi: RJD
Komandanın dəyəri: 137 mln $
Ziyarətçi: 14 090
6. “Spartak” – 105 mln $
Sahibi: Leonid Fedun
Komandanın dəyəri: 147 mln $
Ziyarətçi: 21 362
7. SSKA – 90 mln $
Sahibi: bilinmir
Komandanın dəyəri: 206 mln $
Ziyarətçi: 14 181
8. “Terek” – 70 mln $
Sahibi: Çeçenistan Respublikası İdarəsi
Komandanın dəyəri: 37 mln $
Ziyarətçi: 13 135
9. “Krasnodar” – 45 mln $
Sahibi: Sergey Qaliskiy
Komandanın dəyəri: 49 mln $
Ziyarətçi: 8 765
10-11. “Kuban” – 40 mln $
Sahibi: Oleq Mkrtcan
Komandanın dəyəri: 41 mln $
Ziyarətçi: 20 496
10-11. “Krılya Sovetov” – 40 mln $
Sahibi: Samara Region İdarəsi
Komandanın dəyəri: 24 mln $
Ziyarətçi: 14 348
12. “Alaniya” – 32 mln $
Sahibi: “RusQidro”
Komandanın dəyəri: 18 mln $
Ziyarətçi: 13 385
13. “Volqa” – 31mln $
Sahibi: Nijeqorod Region İdarəsi
Komandanın dəyəri: 14 mln $
Ziyarətçi: 8 171
14. “Rostov” – 30 mln $
Sahibi: Rostov Region İdarəsi
Komandanın dəyəri: 33 mln $
Ziyarətçi: 8 947
15. “Mordoviya” – 28 mln $
Sahibi: Mordoviya Respublika İdarəsi
Komandanın dəyəri: 19 mln $
Ziyarətçi: 10 424
16.”Amkar” – 21 mln $
Sahibi: Perm Region İdarəsi
Komandanın dəyəri: 21 mln $
Ziyarətçi: 8 720