"İnter"dən növbəti xal itkisi
"Neftçi"nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İtaliyanın "İnter" klubu A seriyasında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Milan təmsilçisi "Cuzeppe Meatsa"da "Kalyari"ni qəbul edib.
"Neradzurra" "Kalyari" futbolçusunun sona 8 dəqiqə qalmış öz qapısına qol vurması ilə məğlubiyyətdən xilas olub – 2:2.
Qeyd edək ki, "İnter" hazırda 13 oyuna 28 xalla 2-ci yerdə gedir.
