Futbol

“Neftçi”nin rəqibindən növbəti transfer

12.08.2020 , 19:48

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi” heyətinə yeni futbolçu cəlb edib.

Korner.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi Albaniyanın “Vlajniya” klubunun müdafiəçisi Filip Qliqorovu transfer edib.

“Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

Xatırladaq ki, “Şkupi” daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

Son yazılar

Yuxarı