Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin qonağı olan "Rubin" səfərdə "Rostov"un qonağı olub.
Kazan təmsilçisi səfərdə rəqibini darmadağın edib – 4:0. "Rubin"in qollarını ilk hissədə Rondon iki dəfə, ikinci yarıda isə Bocchetti və Dyadyun vurub. Beləliklə "Rubin" xal hesabını 18 çatdıraraq "Zenit"lə 6-7-ci yerləri bölüşür.
