Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan İtaliyanın "İnter" klubu A seriyasında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, "neradzurra" doğma azarkeşləri önündə "Palermo" klubu ilə qarşılaşıb.
Milan təmsilçisi Santyaqo Qarsiyanın matçın 74-cü dəqiqəsində vurduğu avtoqolla minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, "İnter" 15 turdan sonra 31 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
