“Neftçi”nin Avropa Liqasında rəqibi olan "İnter" İtaliya A seriyasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Milan təmsilçisi səfərdə "Yuventus"la qarşılaşıb.
19-cu saniyədə qapısında qol görən "neradzurri" sonradan oyunda dönüş edə bilib. 59-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirən Dieqo Milito 79-ci dəqiqədə dubla imza atıb. Oyunda son nöqtəni isə Palasio qoyub.
Məğlubiyyətə baxmayaraq, “Yuventus” birinci pillədə qalıb – 28 xal. “İnter” isə qələbə sayəsində liderlə xal fərqini minimuma endirib – 27.
