"Neftçi"nin Avroliqadakı rəqibi İtaliyanın "İnter" klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, "neradzurra"nın "Partizan"la səfərdə baş tutan matçın 14-cü dəqiqəsində zədələnərək meydanı tərk etməli olan Qabi Mudinqay ən azı iki ay yaşıl meydanlardan kənar qalacaq.
Mudinqay Avropa Liqasının qrup mərhələsi çəçivəsində dekabrın 6-da "İnter" – "Neftçi" matçında komandasına kömək edə bilməyəcək.
