Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "İnter"in sponsorlarından biri "Appion" şirkəti "neradzura"nın Bakı səfərini rahat təşkili üçün əlindən gələni edir.
Korner.az-ın "fcinter1908.it"-ə istinadən verdiyi məlumata görə, şirkət futbolçuların Bakıya rahat səfər etməsi üçün lüks təyyarə ayırıb.
Bu arada İtaliya mətbuatı "Neftçi"ni "küçümsəməkdə" davam edir. Priney mətbuatı "İnter"in Bakıda rahat qələbə qazanacağını iddia edir.
