Çempionlar Liqasında "Neftçi"nin rəqibi olan "Zestafoni" növbəti yoxlama matçına çıxıb. Korner.az-ın məlumatına görə, Gürcüstan çempionu Avstriya toplanışı çərçivəsində ikinci matçında Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 21:00-da start götürən oyun "Neftçi"nin rəqibinin qləbəsi ilə yekunlaşıb – 3:2.
Xatırladaq ki, “Zestafoni” ilk matçında Rumıniyanın “Astra” klubuna 0:1 hesabı ilə uduzub.
