Avropa Liqasında “Neftçi”nin rəqiblərinda olan “Rubin” dünən Rusiya Premyer Liqasında 16-cı turun oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisi səfərdə "Alaniya"nın qonağı olub.
Görüş "Rubin"in qələbəsi ilə başa çatıb. Fasiləyə qolsuz yollanan "Rubin" ikinci hissədə rəqibini iki dəfə məyus edib – 2:0.
