“Neftçi”nin rəqibi müəyyənləşdi
15.06.2021 , 15:02

Çempionlar Liqasında 2021/2022 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki təşkil olunan tədbirdə 16 cüt müəyyənləşib.
Azərbaycan təmsilçisi “Neftçi” Gürcüstan “Dinamo”su (Tbilisi) ilə üz-üzə gələcək.
I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
“Fola Eş” (Lüksemburq) – “Linkoln” (Cəbəllütariq)
“Slovan” (Bratislava, Slovakiya) – “Şemrok Rovers” (İrlandiya)
“Malmö” (İsveç) – “Riqa” (Latviya)
“Bude Qlimt” (Norveç) – “Legiya” (Polşa)
“Konnas-Ki Nomads” (Uels) – “Alaşkert” (Ermənistan)
HIK (Helsinki, Finlandiya) – “Buduçnost” (Monteneqro)
ÇFR (Rumıniya) – “Borars” (Bosniya və Herseqovina)
“Şkendiya” (Şimali Makedoniya) – “Mura” (Sloveniya)
“Teuta” (Albaniya) – “Şerif” (Moldova)
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan)
“Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan)
“Ludoqorets” (Bolqarıstan) – “Şaxtyor” (Soliqorsk, Belarus)
“Ferensvaroş” (Macarıstan) – ilkin mərhələnin qalibi
“Jalgiris” (Litva) – “Linfild” (Şimali İrlandiya)
“Flora” (Estoniya) – “Hamrun Spartans” (Malta)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Valyur” (İslandiya)
