Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan İtaliyanın "İnter" klubunun futbolçusu Uesli Sneyder "La Gazetta dello Sport"a maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, hollandiyalı ulduz futbolçu əzəli və əbədi rəqibləri "Milan"a A seriyasında şans tanımadı:
"Yuventusun "İnter"dən və digər klublardan güclü olduğunu düşünmürəm. Onları geridə qoya bilərik. "Milan"ın heyəti isə dağılıb. Buna görə də, "Napoli" və "Roma" çempionluq yarışında "Milan"dan daha ciddi təhlükə yarada bilər. Uzun marafon var. "Yuventus" son çempiondu ancaq, biz onları məğlub edə biləcək gücdəyik".
