Çempionlar Liqasında "Neftçi"nin rəqibi olan Gürcüstan çempionu "Zestafoni" daha bir yoxlama matçı keçirəcək. Korner.az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Bolqarıstan klubu ilə görüşə hazırlaşırlar.
Belə ki, “Zestafoni” “Lokomotiv”lə üz-üzə gələcək. Bu oyun iyulun 2-də keçiriləcək.
Qeyd edək ki, “Neftçi”nin rəqibi ölkə xaricindəki toplanış çərçivəsindəki ilk sınaq matçında Rumıniya təmsilçisi “Astra” ilə görüşüb və 0:1 hesabı ilə məğlub olub.
