Avroliqada “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu ölkə çempionatındakı uğurlu çıxışını davam etdirir.
Korner.az-ın məlumatına görə, "Partizan" IX turda səfərdə “Rad” komandasına İvan İvanovun vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
“Partizan” 9 oyundan sonra 24 xalla liderliyini qoruyub saxlayır.
