Futbol

“Neftçi”nin rəqibi Elvini transfer etdi

10.08.2020 , 19:53

“Qarabağ” və “Neftçi”nin keçmiş futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Korner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Şimali Makedoniyada davam etdirəcək. O, yüksək liqa təmsilçisi “Şkupi”yə keçib. Elvin yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

“Şkupi” Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq.

Son yazılar

Yuxarı