"Neftçi"nin Avropa Liqasındakı rəqibi olan "Partizan" Serbiya çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Belqrad təmsilçisi səfərdə “Spartak Zlatibor Voda”nın qonağı olub.
Qarşılaşma sülhlə başa çatıb – 2:2.
Xal itkisinə baxmayaraq Vladimir Vermezoviçin komandası hazırda 37 xalla birinci yerdə gedir.
