Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Zestafoni" ilk yoxlama görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan gürcülərin rəqibi Rumıniyanın "Astra" klubu olub. Mirça Rednikin rəhbərliy etdiyi komanda meydandan 1:0 hesablı qələbə ilə ayrılıb.
