"Partizan" yenə zirvədə qaldı
UEFA Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubu Serbiya çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, 13-cü tur çərçivəsində "Partizan" səfərdə "Belqrad" klubunun qonağı olub.
Dramatik keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Partizan" 13 turdan sonra da 33 xalla turnir cədvəlinə başçılıq edir.
