Argentina futbolunun gənc istedadlarından olan və hazırda "River Pleyt"in formasını geyinən Roxelio Funes Mori tezliklə iş yerini İtaliyaya dəyişə bilər,
Korner.az-ın xarici mətbuata istinadən məlumatına görə, əsas komandanın forması altında 20 top vuran 21 yaşlı Mori Milan "İnter"inin skautlarının diqqətini cəlb edə bilib.
Artıq skautların gənc hücumçu ilə bağlı məlumatları "neradzurri"nin rəhbərliyinə göndərdikləri və italyanların keçidi qışda həll edəcəkləri bildirilir. Sövdələşmə baş tutsa, Mori, 3 mövsümdə 50 qol vuran Dieqo Militonun əvəzləyicisi olacaq. Hələlik keçidin neçəyə başa gələcəyi haqda məlumat verilmir.
