“Neftçi”nin rəhbəri istefaya göndərildi – Rəsmi
31.05.2024 , 11:22
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu haqda klubun yaydığl açıqlamada bildirilib.
“Fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə Fərrux bəyə təşəkkür edir, gələcək karyerasında uğurlar diləyirik” – deyə məlumatda qeyd edilib.
F.Mahmudov 2023-cü ilin yayından bu vəzifədə çalışırdı. “Neftçi” son mövsümü uğursuz başa vuraraq Avropa kuboklarına vəsiqə qazana bilməyib. Komanda Premyer Liqanı 5-ci yeri tutub, kubokun yarımfinalında mübarizəni dayandırıb. F.Mahmudovdan əvvəl paytaxt klubu baş məşqçisi olmuş Miadraq Bojoviçi də istefaya göndərib.