“Neftçi”nin qış təlim-məşq toplanışının yeri məlum oldu
16.12.2020 , 18:44

“Neftçi” qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesi Bakıda olacaq:
“Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orda nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə, toplanışın vaxtı dəqiqləşməlidi”.
