“Neftçi” futbol klubunun qış hazırlıq planı müəyyənləşib
Flaqman Bakıda və Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.
2018-ci il yanvarın əvvəllərində Bakıda bir araya gələcək “ağ-qaralar” bir müddət fiziki hazırlıq üzərində çalışacaqlar. Yanvarın ikinci yarısında isə komanda üzvləri Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Antalyada texniki-taktiki tapşırıqlar üzərində çalışacaq “Neftçi”nin 5 yoxlama matçı keçirməsi də nəzərdə tutulub. Lakin hələlik toplanışın konkret tarixləri və rəqiblərin adları müəyyənləşməyib.
Qeyd edək ki, hazırda flaqman Topaz Premyer Liqasında 11 oyundan 13 xalla 5-ci pillədə qərarlaşıb.
