“Neftçi”nin qapıçısı millimizin düşərgəsində
24.01.2019 , 10:52

“Neftçi”nin müraciəti əsasında U-21-in məşqlərindən azad edilən Kamran İbrahimov dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə qoşulub.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan yığma bu gün Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək.
