UEFA son Albaniya çempionu “Skenderbeu”nu 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Korner.az-ın məlumatına görə, buna səbəb Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakı olub.
Klub rəhbərliyi qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəklərini qeyd ediblər.
Qeyd edək ki, “Skenderbeu” Çempionlar Liqasının 2013/14 mövsümünün 2-ci təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı.
