“Neftçi”nin prezidenti Lənkərana oyunu izləməyə gələn azarkeşlərə qəzəblənib.
Korner.az-ın məlumatına görə, komandanın prezidenti Sadıq Sadıqov stadiondan çıxa bilməyən azarkeşlərin yanına gələrək onlara qəzəbini bildirib.
Klub prezidenti azarkeşlərə oturub Bakıda çayxanada oyunu izləyərdiniz, lazım idimi bu qədər hadisələr deyə qəzəblənib:
“Sizə demişdim axı gəlməyin oyuna. Sizsə durub 70 nəfər Bakıdan bura gəlmisiniz. Oturub çayxanada bir yerdə rahat izləyərdiniz. Sizə görə nə qədər əsgər yaralandı. Oyunçularım stadionu tərk edə bilmir. Allah bilir yəqin saat 5-də, 6-da şəhərdən çıxa biləcəyik”
