İyunun 30-da “Neftçi” Veteranları Futbol Klubunun hesabat-seçki konfransı keçiriləcək. Korner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Oqtay Abdullayev məlumat verib.
Veteran futbolçu bildirib ki, toplantıda kluba yeni prezident və idarə heyəti seçiləcək. Abdullayevin özü isə tutduğu vəzifədən istefa verməyi qərara alıb. O, qərarına bir müddət öncə Futbol Veteranları İttifaqının (FVİ) prezidenti seçilməsini səbəb göstərib.
Qeyd edək ki, “Neftçi” Veteranları Futbol Klubu FVİ-nin üzvü kimi fəaliyyət göstərəcək.
lent.az