“Neftçi”nin prezidenti: “Buna da şükür”
28.10.2018 , 19:38

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub
Öz meydanında “Qarabağ”ı qəbul edən “Neftçi” 3-1 hesabı ilə qalib gəlib. Oyundan sonra “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablayıb.
– Bu gün xoş anlar yaşadıq. Düşünürəm ki, azarkeşlər də nəticədən şad oldular. Düzdü, biz daha çox azarkeş gözləyirdik, amma buna da şükür.
– “Neftçi”nin əsl gücü” Qəbələ” ilə oyunda bilinib deyə bilərik?
– Hər şey mayda bilinəcək
– ” Qarabağ”ı da məğlub etdiniz. İndi rəqibiniz kimdir?
– Özümüz də özümüzə rəqibik. Əgər komanda 100 % işləsə, çempionluğa iddialıyıq.
– “Neftçi”nin roliki haqqında nə deyə bilərsiniz?
– Mən orda sadəcə öz ürək sözümü demişəm. Heç bir hazırlanmış ssenari deyildi. Bizim media depertamenti də hər şeyi möhtəşəm təşkil edib. Buna görə də, insanlar gəldi.
