“Neftçi”nin potensial rəqibi
05.08.2019 , 16:33

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi”nin pley-offdakı potensial rəqibi məlumdur.
Komanda III mərhələdə İsrailin “Bney – Yehuda” klubunu mübarizədən kənarlaşdırsa, pley-offda “Malmö”(İsveç) – “Jrinski”(Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” pley-offa çıxsa, ilk oyunu səfərdə keçirəcək.
